Gönderi

O, heç vaxt özünü insan cütlüyüne əzab verən sualla üzməyib: o məni sevirmi? O kimisə məndən daha çox sevibmi? O, məni mən onu sevdiyimdən daha çoxmu sevir? Ola bilsin, məhəbbətə yönəldilən bütün bu suallar onu ölçür, yoxlayır, sınağa çəkir, az qala, onu elə başlanğıcında məhv eləyir. Ola bilsin, biz məhz ona görə sevməyə qadir deyilik ki, heç bir mənfəət güdmədən özümüzü ona vermək, yalnız onun yanımızda olması ilə kifayətlənmək əvəzinə, sevimli olmaq arzusuyla alışıb yanırıq, yəni başqasından nəsə (sevgi) umuruq.
Sayfa 322Kitabı okudu
·
17 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.