Gönderi

Yenə də son ümid yollara qaldı - Tanrıdan bir cığır, yol götür, gedək. Biz nə istəyirdik, fələk nə çaldı - Bu dərd havasına qol götür, gedək. Demə sabahlara ümid var, gülüm, Qışı bahar gülüm, yazı qar gülüm, Bu Tanrı eşqinə dünya dar, gülüm Nəyin var, dünyadan, gəl götür, gedək. Bu yazı - alnımın qırışan yeri, Sevinclə kədərin barışan yeri... Ölüm - arzuların qovuşan yeri, Qoşa məzarıma gül götür, gedək.
··
204 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.