Gönderi

- Ata,Armed Mişel kimdir? Eşitdiyi sualdan diksinərək: - Bu haradan ağlına gəldi, Mikayıl? - deyə heyrətlə soruşdu. - Bayaqdan mən sənə milis olmaq istəyimdən danışıram, sən isə məni, deyəsən, heç dinləmirdin. Birdən astadan pıçıldayıb "Armed Mişel" dedin. - Mən dedim? - Hə…Lap aydın eşitdim. Kimdir Armed Mişel? Fransız adına oxşayır. - Bilmirəm kimdir,oğlum. Gəl ondan danışmayaq. Heç bundan sonra onun adını çəkmə, yaxşı? - Yəni bu qədər pis adamdır? - Bilmirəm, Mikayıl bilmirəm…
·
39 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.