Sözlərim sənə toxunur
Qəlbinin incə yerinə
Bir gün sənin əllərinə
Mən toxunsam neylərsən
Ən sevdiyin şeir kimi
Bir gecə şam işığında
Biixtiyar dodağında
Mən oxunsam neylərsən
Məhəbbətmiz incə qəzəl
Bizdə ki tar kaman kimi
Qəlbin mənə yanan kimi
Eşqində yansam neylərsən
Rəssam götür rəsmi-yarı
Xoşbəxtliyimin rəsmini çək
Baxışların utanantək
Mən utansam neylərsən