Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

68 syf.
·
Puan vermedi
Acını azaltmağın nə mənası var?
Kitabın əvvəlində xarakterlərin həyatı və vəziyyətləri barədə məlumat verildiyindən, "mövzü tam olaraq, nə vaxt başlayacaq?" görəsən düşüncəsi ilə oxuyurdum, hekayə ağır başlamış və o cür davam edirdi. Lakin, 28-ci səhifədən sonra kitabın əvvəlində bəhs edilən iki xarakterin bir araya gəlməsi və söhbətə başlaması ilə birlikdə, hekayənin də məğzi dəyişdi və tamamilə, başqa bir yerə getdi. Və mən o gedilən yeri çox bəyəndim. Bir araya gəlmiş bir dəli və bir həkim. Görəsən nə barədə danışırdılar? İnsanın beyninə girən ve onu dəli edən yanlış düşüncə. Bu vəziyyəti əslində demək olar ki, biz də yaşayırıq. Həqiqətən heç nədən ağlımıza bir düşüncə düşür və biz başlayırıq onun ətrafında düşünüb, narahat olmağa. Bu hekayədə həmin mənfi xassəli düşüncə cavan, təhsilli, ağıllı birini dəliyə çevirmişdi. Həkimin onunla söhbət etməkdən keyif almasının səbəbi, məhz onun ağıllı olması və fərqli düşüncələrə sahib olması idi. Bəs bu söhbətlər həkimə necə təsir edirdi? Həkim də bir çıxmazda idi.  Xəstələri sağaldaraq ya da müalicə edərək işin sonunun hara bağlanacağı barədə düşünürdü çünki, artıq işinə inanmırdı. Nə mənası vardı ki, sağalmağın, əgər bu həyatın sonu ölümdürsə, ya da bu qədər müalicənin nə xeyri var, nə ölüm sayında azalma olur, nə də xəstəliklər bitir. Acı çəkmək nə deməkdir? Bəs acını azaltmağın nə mənası var? Həqiqəti nə qədər qəbul edib, başımıza gələn hadisələrə yetişkin münasibətdə yaxınlaşırıq? Ölümsüzlük və ölümün mənasızlığı haqqında geniş söhbətlər əslində, hekayənin cavab axtardığı ya da oxucuya sorğulatdığı mövzular idi. Mən kitabın ortasında sonu ilə bağlı çox güclü bir fərziyyə irəli sürsəm də, kitabda bu barədə nəsə yazılmamışdı (ipucu verilmiş ola bilər). Ya fərziyyəm yanlış idi ya da yazıçı bu sonu oxucunun xəyal gücünün öhdəsinə vermişdi. Məni həyəcanlandıran məqamlardan biri müassir dövrümüzdə inandığımız bəzi inancların hekayədə çox güclü bir şəkildə darmadağın edilməsi idi (bu barədə ayrıca danışmağı düşünürəm). Kitabı bitirdim amma bəlkə də, arada bir qayıdıb səh 37-41 arasını təkrar keyiflə oxuyaram.
Altıncı Koğuş
Altıncı KoğuşAnton Çehov · Türkiye İş Bankası Kültür Yayınları · 202270bin okunma
·
13 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.