Gönderi

160 syf.
7/10 puan verdi
·
Read in 4 days
"YALAMA QƏHRƏMANLARI"
"YALAMA" sənədli povesti Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş 350 qəhrəman əsgər haqqındadır. Tarix 1920-ci ilin aprel ayı, Qafqaz cəbhəsinin komandanı Tuxaçevski XI qırmızı ordunun Azərbaycana daxil olması barədə hələ aprelin 21-də qərar verir. 72 minlik sovet ordusuna qarşı son damla qanlarına qədər vuruşan vətən övladları haqqında müəllif tarixi-siyasi hadisələr işığında bədii bir dillə danışır. Yazıçı Əliağa adlı qəhrəman gənc Azərbaycan zabitinin simasında həmin qəhrəmanların gerçək məhəbbətlərinin vətən olduğunu izah etməyə çalışır. Onların hər birinin ailələri, həyatda dəyərli gördükləri hər bir şey, elə vətənin bir parçasıdır. Vətən sadəcə dağ, daş, səfalı torpaqlar və neft deyil. Vətən bunların hamısını birləşdirən insandır. O insan vətən üçün yaşamağa da ölməyə də hazır olmalıdır. Amma onlar ölmədilər. Hər birini adları ilə tanımasaq belə onların əziz xatirələrini hörmətlə anır hər birinin vətənə və millətə göstərmiş olduqları sədaqətlərini təqdir edirik.
Yalama
YalamaArif Aliyev · Altun Kitab Nəşriyyatı · 201735 okunma
·
368 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.