Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Niyə axı?!
Utanıram. Çox utanıram. Xəbəriniz varki biz elə bir ölkədə yaşayırıq ki , öz vətəndaşlarımız ölkələrinin tarixini,qurucularını tanımır. Çox gülüncdür eləmi ? Amma mənim gülməyim gəlmir . Bir dəfə Dil və Ədəbiyyat müəllimim ilə söhbət edirik, söhbət AXC-nə gəlib çıxdı. Sinif yoldaşım gəldi , qulaq asırdı . Birdən dedi: "Onlar kimdir?" . Onlar kimdir... kimdir onlar? Bilirsiz onlar dedikdə kimi nəzərdə tutdum , M.Ə.Rəsulzadə və Fətəli Xan Xoyski . Bəli bəli, öz xalqımız, özünü tanımır. Hamı tarix bilməlidir deyə bir şey yoxdur lakin hər azərbaycanlının borcudur qurucularımızı tanımaq. Mən çox utandım həmin an , çox utandım . Budur müasirlik? Əgər budursa mən köhnə fikirli olsam yaxşıdır. Sonra deyirik ölkəmiz niyə inkişaf etmir. Qurucularımızı, tariximizi unutmayaq , unutdurmayaq !
··
1 artı 1'leme
·
241 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.