Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

126 syf.
9/10 puan verdi
·
3 günde okudu
Kitaba başlayarkən girişi oxumadım, sona saxladım, yaxşı da elə etmişəm, kitabların arxasını oxumağı da sevmirəm, məncə sevdikdən, bitirdikdən sonra oxunmalıdı. Kitab rahat oxunur. Mən yazarın qələmini də sevdim, zatən kitablarından oxumaq istəyirdim, bununla başladım. İncələməmdə də spoiler var. (Əslində əvvəlcədən araşdırmış biri üçün olmaz, amma Atwood fərqli bir yorum qatdığı üçün kitab oxunmalıdır) Kitab; Odyessianın yoldaşı Penelopia haqqındadır və həm onun, həm də bəzi yerlərində xidmətçilərinin dilindən yazılıb. "Şimdi herkesin solugu tükendiğine göre, artık masal anlatma sırası bende. Bunu kendime borçluyum." Atası İkarios, anası Naiad olan Penelopianı uşaqkən dənizə atmaqlarını istəyiblər. "Her neyse - denize atılmıştım işte. Üzerime gelen dal­gaları hatırlıyor muyum, ciğerlerimin soluksuz kaldığını, boğulan insanların duyduklarını söyledikleri çan seslerini?" Daha sonra ördəklər tərəfindən xilas olunur və artıq atası guya üstünə daha çox titrəyir. Biraz böyüdükdən sonra görücü üsulu ilə Odyessia ilə evlənir. Hər ikisinin ortaq cəhəti var idi, valideynləri onları yox etmək istəmişdi və bu da onlar üçün daha çox bir-birilərinə güvənmələri, bağlı qalmalarına səbəb yaradırdı.Evliliklərinin ardından Odyessia savaşa gedir və Penelopia 20 il boyunca yolunu gözləyir, bu 20 il ərzində həm oğluna baxır, ("Tüyleri yeni biten erkek çocuklar tam baş belası olabilirler ne de olsa.") həm haqqında o qədər deyilən sözləri eşidir ("Ateş olmayan yerden duman çık­maz demişler, ama bu saçma bir iddia."), həm xidmətçiləri, qaynanası ilə uğraşır, həm də onunla "evlənmək" istəyənləri rədd etmək üçün bir şeylər edir. Mən ağlına heyran qaldım. 20 ilin ardında isə Odyessia qayıdır və oğlu ilə birlikdə talipləri öldürüb, 12 xidmətçini isə asır. Və bunlar haqqında xidmətçilər tərəfindən bəzi mahnılar (koro)oxuyaraq kitabı bitirir. Pis anlatdığımı fərqindəyəm, incələməsi olsun istədim,mən oxumaqdan zövq aldım.
Penelopia
PenelopiaMargaret Atwood · Merkez Kitaplar Yayınları · 2006263 okunma
15 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.