Gönderi

Çıxıb gül fəslində seyrə nigarım, Sənalar eylərəm baharü yayə. Doyunca gör qəddin, gözüm, bu qəmlə Ömr çatmaz bir dəxi ilə və ayə. Dedim: dilbər, məndən gəzmə dəxi dur, Yolunda payəndaz baş ilə can dur. Dedi: çün oxşatdın, məndən uzaq dur, Qəmzəmi peykanə, qaşımı yayə. Söylə, səba, yarə, əsib o yana, Olurmu bir əhvalıma o yana, Səhər ki, xabından sərxoş oyana, Bənöfşə tək üzdə telini yayə. Əcəl saqisindən allam peymanə. Vəfa gər etməsən əhdü peymanə, Məsturə tələtin cahan peymanə, Nə nisbəti onun xurşidə, yayə. Sək rəqibin, ya rəb, başına qarə. Baxmasın bir də o sinəsi qarə. Mənə ki, rəhm etməz o bağrı qarə, Oxusan yüz ona hədisü ayə.
Sayfa 237Kitabı okudu
·
390 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.