Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

174 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
"Romeo və Julietta" yoxsa Müşfiq və Dilbər?
Əminliklə deyə bilərəm (amma sübut edə bilmirəm) ki, bu, dünyanın ən təsirli sevgi hekayəsidir. Bu kitab emosional fona faydalı təsir göstərir, pozitivliyə sirayət edir, şeirlərdən insanın ürəyi parçalanır. Bu, məndə belə güclü təəssürat yaratmağı bacaran ikinci kitabdır. Birincisi
Nəimi
Nəimi
Qarmaqarışıq
Qarmaqarışıq
idi. Bilirsiniz, bunu daha təsirli edən şey əslində baş verməsidir. Dilbər xanımın 1988 ci ildə alınan reportajına yəqin çox insan baxıb, Orada Dilbər xanımın gözlərindən Müşfiqə olan həsrəti aydın görünürdü. Hələ bir sözü var idi "Bu bizim Müşfiqlə son görüşümüz idi. Bundan sonra Müşfiqin üzünə həsrət qaldım." Çox təsirlidir elə deyilmi? Həyat dolu,sevgi dolu şairimizə necə qıydılar, onu yarından ayırdılar. Bu 2 sevgili haqqında nə qədər danışsam azdır. ~ Ən sevdiyim şeirlərdən biri "Səndən küsmərəm"-dir : Mən şirin ləhcəli bir bülbüləm ki, Güllərdən küsərəm, səndən küsmərəm Məni öz canından çox istəyən Ellərdən küsərəm, səndən küsmərəm Gözlərin misaldır axan çaylardan Kirpiyin oxlardan, qaşın yaylardan Qarşımıza gələn uzun aylardan, İllərdən küsərəm , səndən küsmərəm El içində bizə dərlər Sayadlı, Tərlan ovçusuyam, ruhum qanadlı İlham pərisinin açdığı dadlı Dillərdən küsərəm, səndən küsmərəm.
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019286 okunma
·
517 görüntüleme
Nəimi okurunun profil resmi
Oxuyacağım kitablar sırasındadır🙏🙂
Müjgan Ahmedzade okurunun profil resmi
R.Rzanın "Qızılgül olmayaydı" şeirində də M.Müşfiqin repressiya qurbanı olmasından bəhs olunur. Həqiqətən M.Müşfiqin ölümü, Dilbərin gözüyaşlı qalması çox-çox təsiredici hadisədir...
Gulsen Behramova okurunun profil resmi
Allah rəhmət eləsin! "Səni kim unudar ay Müşfiq"
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.