Əminliklə deyə bilərəm (amma sübut edə bilmirəm) ki, bu, dünyanın ən təsirli sevgi hekayəsidir. Bu kitab emosional fona faydalı təsir göstərir, pozitivliyə sirayət edir, şeirlərdən insanın ürəyi parçalanır. Bu, məndə belə güclü təəssürat yaratmağı bacaran ikinci kitabdır. Birincisi
Qarmaqarışıq idi. Bilirsiniz, bunu daha təsirli edən şey əslində baş verməsidir. Dilbər xanımın 1988 ci ildə alınan reportajına yəqin çox insan baxıb, Orada Dilbər xanımın gözlərindən Müşfiqə olan həsrəti aydın görünürdü. Hələ bir sözü var idi "Bu bizim Müşfiqlə son görüşümüz idi. Bundan sonra Müşfiqin üzünə həsrət qaldım." Çox təsirlidir elə deyilmi? Həyat dolu,sevgi dolu şairimizə necə qıydılar, onu yarından ayırdılar. Bu 2 sevgili haqqında nə qədər danışsam azdır.
~ Ən sevdiyim şeirlərdən biri "Səndən küsmərəm"-dir :
Mən şirin ləhcəli bir bülbüləm ki,
Güllərdən küsərəm, səndən küsmərəm
Məni öz canından çox istəyən
Ellərdən küsərəm, səndən küsmərəm
Gözlərin misaldır axan çaylardan
Kirpiyin oxlardan, qaşın yaylardan
Qarşımıza gələn uzun aylardan,
İllərdən küsərəm , səndən küsmərəm
El içində bizə dərlər Sayadlı,
Tərlan ovçusuyam, ruhum qanadlı
İlham pərisinin açdığı dadlı
Dillərdən küsərəm, səndən küsmərəm.
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019295 okunma
R.Rzanın "Qızılgül olmayaydı" şeirində də M.Müşfiqin repressiya qurbanı olmasından bəhs olunur. Həqiqətən M.Müşfiqin ölümü, Dilbərin gözüyaşlı qalması çox-çox təsiredici hadisədir...