Gönderi

384 syf.
10/10 puan verdi
·
Beğendi
Faruk Dilavər "Gönül bahçesi" - Qəlbə toxunan , sözlərlə ifadə olunmayacağ gözəl kitab.  Elə vaxtlar olur ki, kiminsə əlini tutmasını istəyirsən və bu kitab tam olaraq bunu etdi. Baxmaq üçün deyil,  görə bilmək üçün insan qəlbi ilə oxumalıdır... Yunus Əmrə necə deyirdi; “Oxumağın mənası həqiqəti bilməkdir, çünki oxuduğlarını bilmirsənsə, zəhmət itkisidir!”  “Yunus Əmrə gecə-gündüz dərs oxumağla, odun yığmağla hamının əldə edə bilmədiyi şeylərə nail oldu. Oxumağla hər şeyi etmək olmaz. İnsanın yaradılış məqsədini, yaşayarkən nələrə diqqət etməli olduğunu, ruhunu necə nizama salıb Allaha çatmağın yollarını verən bu əsər Yunus Əmrənin danışıqları ilə təcrübə verir;  Yunus Əmrəni sevənlərə, ürəyinizlə, ruhunuzla dincəlmək istəyəndə  açıb bir neçə səhifə oxuyub başqa bir dünyada, yəni özünüzdə tapa bilərsiniz, özünüzü kəşf edə bilərsiniz. .  Bu kitabla yanaşı “Yunus Əmrə” serialına da baxsanız, oxuduqlarınız sizə daha mənalı gələcək.  Hər varlıq öz mənşəyinə qayıdır, sən Allahın ruhundan üfürülən bir varlıqsan.     Allah yaxşı əməllərini sevimli bəndələri ilə birlikdə edər.   Oxuduğlarımı dərk edərək, qəlbimdən hiss edərək, yazılanlarla ürəyimdəki suallara cavab tapdığım,  çox dəyərli bir əsər oldu mənim üçün..
Gönül Bahçesi
Gönül BahçesiFaruk Dilaver · Destek Yayınları · 2012157 okunma
·
58 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.