Gönderi

Özümü dünyanın ən xoşbəxt insanı sayıram. Bunun səbəbi saya gəlməyəcək qədər çoxdur. Bəziləri xoşbəxtliyi axtarıb tapmaq üçün çox uzaqlara gedirlər. Müdrik insan isə belə məşəqqətlər əvəzinə, xoşbəxtliyi öz yanında yetişdirir. Çünki xoşbəxtlik hər bir insanın ya-nındadır. Bunu demək təvazökarlıqdan uzaq olsa da, özümü müdrik hesab edə bilərəm. Xoşbəxtlik qapınızı hər gün azı bir dəfə döyür. Təəssüf ki, siz evdə olmursunuz. Amma mən, həmişə evdə oluram və xoşbəxtliyi özüm qarşılayıram. Ailə həyatı qurduğum xanım mənə dəmirçi olmağı öyrədib. Bəli, mən yaşadığım şəhərdə dəmirçi işləyirəm. Dəmirçi dedikdə, sizin bildiyiniz dəmir döyəcləyən sənətkarlara aid qədim sənətkarlıq növünü nəzərdə tutmuram. Mən öz xoşbəxtliyimin dəmirçisiyəm...
·
46 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.