Gönderi

Dünya həyatı olduqca maraqlı və rəngarəng olmaqla bərabər, enişli-yoxuşludur. O, bəzən bizi sevindirir, bəzən kədərləndirir, bəzən güldürür, bəzən ağladır, bəzən də öz laqeydliyilə tənha buraxır... Bəli, dünya həyatının hər üzü var və bunun şahidi olmaq üçün ətrafımıza nəzər salmaq yetər. İstisnasız, hər bir insan öz həyatında bu dünyanın həm şirinliyini dadır, həm acısını çəkir. Axı, dünya həyatı cənnət deyil ki, hər bir şeyi yalnız yaxşı olsun; cəhənnəm də deyil ki, hər bir şeyi pis olsun. Amma bu enişli-yoxuşlu dünyada öz həyatımızı cənnətə, yaxud cəhənnəmə çevirmək hər birimizin öz əlindədir. Kimiləri öz səylərilə yaşayışlarını gözəlləşdirməyə çalışarkən, kimiləri də atdıqları addımla- rıyla öz həyatlarını bərbad edirlər. Belə ki, kimiləri hər bir işinə məsuliyyət hissilə yanaşır, yüz ölçüb bir biçərək addım atır, kimiləri də tamamilə məsuliyyətsiz yanaşıb, gördüyü işin aqibəti barəsində heç düşünmür. Kimiləri öz həyatlarını şərəf və ləyaqətlə yaşamağa çalışır, kimiləri üçün isə şərəfli və ləyaqətli həyat anlayışı tamamilə yaddır. Hər birimiz belə bir gerçəkliklə əhatə olunmuşuq...
·
131 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.