☆ Uzun müddətdən sonra məni həvəsləndirən və sonuna qədər oxutdura bilən bir kitab ilə qarşınızdayam. Kitabımız Alice Harikalar diyarında hekayəsindən ilhamlanıb. Yazar qəddar qadın obrazının hekayədən əvvəlki həyatı və bununla paralel əlbəttə bizə həmin hekayədən tanış olan bəzi obrazların da bu hekayəyə necə daxil olduğunu göstərir.
》Türklərdə bir söz var "Kötü doğulmaz kötü olunur" deyə bax bu hekayə tam olaraq elə bil bu sitat üçün yazılıb. Gün keçmir ki, qəddar obrazın keçmişini oxuyub həyatımızda heç bir problem yoxmuş kimi bir də onların həyatına kədərlənirik. Sonu oxuyanda bəzi insanlar fikirləşə bilər ki, bu qəddarlıq yenə bir eşq hekayəsi ilə əlaqələndirib "klişe" bir bağlantı qurulub. Amma məncə burda tək önəmli nöqtə bu deil idi. İnsan xəyyalarından, dostlarından və ailəsindən dəstək almadığı halda bir boşluğa düşür. Bu boşluğu doldurmaq üçün intiqam kimi böyük bir hissi tapdıqda isə insan bu yolu seçir və kitabın adı kimi Kalpsiz birini çevrilir.
Kitaba 9 verməyim tək səbəbi əvvəldə olan azca sanki çox uzadıb bu hissələri hissiyatı idi. Yoxsa həqiqətən reading slump dövrümdə heç bir kitabın bacarmadığını etdi və yarımçıq qoyub, üstündən 1 ay keçməsinə baxmıyaraq məni sual işarələri ilə dolu hekayəsi ilə yenidən oxutdurmağı bacardı.
》(Spoiler"li hissə) Kitabda olan hisslər o qədər gerçəkliyə yaxın idi ki, məsələn, ölüm və sevgi bu kitabların ayrılmaz ikilisi. Amma necə deyim yalandan ya da çox abartı deyə biləcəyimiz dərəcə deil idi. Sevgi var idi amma bu təmamilə qarşılıqsız deildi özü ilə bərabər şübhələri də var idi. Arxa planda ailəsinin ondan gözləntiləri düşünülür sanki keçmiş yoxmuş kimi hərəkət edilmirdi. Kişi obraz da eyniylə son ana qədər qarşısındakı seçim haqqı verirdi. Bəli bəlkə də ilk başlarda bu seçimin əsas hədəfinə gedən bir yol olduğunu bilirdi amma yenə də zorla və ya ancaq öz fikri önəmliymiş kimi davranmırdı. Ölüm isə tam başqa aləm idi. Əsas da lap əvvəllər Aslanın ölümü. Əsil meşələrin kralına yaraşar bir hərəkət idi. Amma bilirsiz problem nə idi. Ölümdən sonra yaradılan dünya ilə əlaqədar bütün pis xatirələr unudulurdu. Bunu yazar sanki oxucuya da etdirməyə çalışırdı. Birdən birə baş obraz o qədər fərqli bir məsələni həll etməyə çalışırdı ki, ölüm kimi gerçək bir hiss geri planda qalırdı. Amma sonda bütün yalan ilə qurulan dünyalar kimi bir yerdə bu düzən dağılır və yeni hisslər əvvəlkində qatbaqat daha çox ortaya çıxır. Yəni dediyim Jestin ölümü qadın obrazım belə bütün o hisslərini ortaya çıxardı və ən qorxulu olan intiqam hissi peyda oldu.
Nə təəccüblüdür ki, bu kitabda Şapkacıyı tam olaraq müdafiə edə bilmədim. Axı o mənim bu dünyada ən sevdiyim obrazdı. Amma nə var ki, sondakı o gerçəklər mənə bunu qəbullandırmağı bacardı. Günahsız tək obraz isə Jest idi amma o da şəhit oldu. Eyniylə bütün şəhidlər kimi.