Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

255 syf.
·
Puan vermedi
Əsl sevgi nəyə qadirdir? Məncə yazıçı öz kitablarında sevgini çox gözəl təsvir edir. Əsl sevgi nədir və necə olmalıdır? siz onun kitablarını oxuyarkən bu suala cavab tapırsınız. Hekayənin ana süjet xətti sevgidir. Amma bu sevgi hekayəsi maraqlı və fantastik bir şəkildə yazılıb. İlk öncə hələ 30 yaşına çatmayan gənc və olduqca gözəl bir qadın təcrübəçi həkim haqqında oxuyursunuz. Çox çalışqandır, həyatı yorucu və ağır rejimlidir. Sevgi üçün əlbəttə ki, vaxtı yoxdur. Bir gün avtomobil qəzasına düşür və həkimlər beyin ölümü gerçəkləşdiyinə baxmayaraq, ürəyinin hələ də, döyündüyünü nəzərə alaraq və əlbəttə ki, bu gənc xanımın həyatdan belə asanlıqla imtina etməsinin ədalətsiz olduğunu düşünərək onu komada saxlamağı qərara alırlar. (Bunlar hekayə haqqında verilən əsas məqamlar deyil , siz onsuz da kitabın ilk səhifəsində bu barədə məlumat alacaqsınız) Altı aydır ki, bədəni komadadır bəs ruhu hardadır? Hekayə haqqında yazmağı burada dayandırsam yaxşıdır. Bundan sonrasını özünüz oxusanız daha yaxşı olar. Kitabda sevdiyim hissələrdən biri xərçəng xəstəliyi olan və yaxında öləcəyini bilən bir ananın öz övladını böyütmə hekayəsinin axıcı və təsirli bir dil ilə ifadə olunduğu hissədir. Övladına həyat və yaşamaq haqqında öyrətdiyi məqamlar düşündürücü və dərs verə biləcək qədər mənalı bir qələm ilə yazılıb. Hər anımızın fərqində olmağın və həyatımızı doya-doya yaşayarkən keçən hər bir dəqiqənin bizim üçün gələcəkdə necə bir xatirəyə çevriləcəyini bilərək o anları yaddaşımıza həkk etməyin vacibliyi vurğulanır. Dedektiv tərzində olan hekayələri sevdiyim üçün, bəyəndiyim digər məqam əslində oxuduğum və haqqında hər şeyi bildiyim o qanunlara tərs düşən hekayənin bir detektiv-polis tərəfindən necə araşdırıldığını oxumaq oldu. Maraqlı bir təcrübə idi. Hekayənin sonunu çox asanlıqla təxmin etmək olur, çünki ən az bir ədəd Marc Levy kitabı oxumusuzunsa, sonunu bilirsiniz. Amma yenə də, bildiyimi oxumaq məni elə həyəcanlandırdı ki, göz yaşlarımı saxlaya bilmədim. Həyəcanım bitdikdən sonra davam etdim və bu dəfə təxmin etmədiyim bir neçə cümlə oxudum. Təəccübləndim , bilmədim sevinim ya yox. Kitabın əvvəlində oğlan qıza inanmalı idi, sonunda isə qız inanmalıdır. Amma məncə sonunun o cür bitməsi məntiqli idi. Çünki əsl sevgi bir dəfə sübut olunubsa, növbəti dəfə də, sübut olunmasında heç bir zərər yoxdur.
Bəlkə də Bu, Həqiqətdir
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0735 okunma
·
34 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.