Gönderi

İnsanlar bir anlıq belə dərindən nəfəs alıb həyatlarına kənardan baxmaq, bircə anlıq nə üçün yaşadıqlarını anlamaq istəmirdilər.
·
112 views
Zaur Ruhullayev okurunun profil resmi
Vücud formasına mən dediyi an. Özünü yaşamdan ayırdı insan. Cismin yerinə deyilir məkan. Forma yaranmasına deyilir zaman. Cismə görədir zaman və məkan. Onsuz nə məkan var nə də ki,zaman. Yaşamda yerləri dəyişir hər an. Onda da var olur zaman və məkan. Cisim formalarla fərqli görünər. Dəyişir rəngləri,ölçü,çəkiyə gələr. Material çoxluğu verir əzəmət. Forma dəyişməsi ölümdür əlbət. Ölümə deyilir ruhun çıxması. Cismi tərk edib azad olması. Cisimsə formasın dəyişir yenə. Yaşamda sonsuzdur,əbədi elə. Maddi,yaşamda yox olmur baxsan. Olmayan,bir şeysə var olmur bir an. Var olan şeylərdən yaranmış olan. Var olan şeylərə dönür var olan. Vücudun zamanın axtardı insan. Deyildi vücudlar yoxdan yaranan. Sonra da deyilib gildən yoğrulan, Cisminə hərəkət vermiş yaradan. Cisimlər yaşayır yaşamda qalır. Yaşamda onları hiss başa salır. Yaşamaq kəlməsi hiss etmək demək. Hiss etmir bu varmı,deyin öyrənək. Yaşamda cismə hiss gəldiyi an. Çevrədə olanı yoxlamaz bir an. Susuzluq gəldisə,yemək axtarmaz. Qoruma gəldisə sərbəstlik olmaz. Yoxlayıb hər şeyin qiymətin bilsə. Zamanı çatmaz ki,hər şeyi keçsə. Keçərək hər şeyi yaddaşa yazsa. Yaddaşda yer qalmaz hər şeyə baxsa. Ətrafda olanlar saysız,qədərsiz. Doğulan anında yaddaş tər təmiz. Bu yeni məkanda yeni formada. Necə cavab tapır yaşayır burda?
Zaur Ruhullayev okurunun profil resmi
Zamanla öyrənsə yaşam biliyin. Biliksiz necə o,yaşıyır deyin? Gedəcək yerini seçsə əgər o. Biliksiz necə də yollar seçər o? Vücudla biliklər gedir yaddaşa. Ağızdan,gözdən,qulağdan başa. Burundan,dəridən,nəfəsdən,başa. Bununla ayırır doğru,yalnışa. Elə düşünür ki,vücud biliyi. Yaşamda ayırır düzlə,səhvi. Bu baxışa görə zaman xəcləyir. Biliklər çoxaldıb anladım deyir. Anlamaq deyir ki,zamanla gəlir. Anlamaq özüsə bilikdir deyir. Yaşamaq üçün yaman tələsir. Deyir ki,biliklər öyrənsəm bəsdir. Biliklər toplayır yaddaşa hər an. Vücudla gəzərək zaman və məkan. Doğulan anında bilgisiz olan. Qiyməti verirdi dəqiq hər zaman. Vücuda dəqiqlik ötürən gücə. Gərəksiz baxaraq qoydu bir küncə. Beyinə keçərək ayrıldı ondan. Yaddaşda bilik yok başladı burdan. İndi bir mən olub özün görməli. Ətrafda olan çox hamsın bilməli. Yaddaşda heç nə yox bilgisiz biri. Bu halda gördü ki,dəyərsiz biri. Hər kəsin biliyi var bu dünyada. Bir onun biliyi yoxdur yaddaşda. Yaddaşı doldurub qiymət verməli. Hər şeyin açmasın dəqiq bilməli. Beyindən başladı hərəkət indi. Yaddaşda keçmiş yox,var elə indi. İndini yaşayıb vücud hiss edir. Bununla yetinmir götür qoy edir. Vücuda hökm edir artıq beyindən. Taxtını quraraq fikirlər edən. Artıq hökümdarlıq edir düşünən. Düşüncə alidir deyir düşünən. Düşünür hər şeyi keçib yaşasam. Görür ki,dünyada mən yox olacam. O zaman deyir ki,doğruya çatsam. Düzələr hər işim özümü tapsam.
Zaur Ruhullayev okurunun profil resmi
Doğulan anıda bir olan bu şey. Düşünüb bölərək yaratdı çox şey. Düşünmək hər zaman axtarır bir şey. Dayana bilməz ki,olmasa bir şey. Birliyi yaradır yalnız anlamaq. Anlamaq bu isə biliksiz baxmaq. Biliksiz,heç kimsiz cavabı bilmək. Buna da deyilir hiss ilə görmək. Hiss ilə baxaraq yaşamı sezmək. Cismin hərəkət yerini görmək. Baxaraq birinə cavabı tapmaq. Vücuda deyil də içinə baxmaq. Baxıram deyək ki,elə pişiyə. Soyuqdan yığılıb,sıxılıb küncə. Onun yaşadığın yaşadım mən də. Anladım niyə o,edir ki,belə. Baxıram birinə iş görür elə. Yüksəkdən bir əşya düşür əlinə. O anda yaşadım bu şeyi mən də. Bəs mənə nə olub edirəm belə? Axı o,düşməyib mənim əlimə. Çəkirəm acını onunla birgə. Bu anda anladım vücud ayrıdır. Bu isə yaşanan şeyi anladır. Hər şey bu dünyada olub əzəldən. Vücud,hiss,duyğular,düşüncə və mən. Fikir,istək,seçim,axtarmaq,bilik. Hamısı olsa da bunu görmədik. Bu fərqli yaşamdır anlayan çözər. Yaşamın cavabın tam dəqiq görər. O zaman anlayar sevgi nədir. Anlamak sevgini yaradır bilər.
Zaur Ruhullayev okurunun profil resmi
Sevgi kiminsə deyil o,yaşayan birinin. Yaşayansa nədir ki,sualı aydın edin. Yaşayan elə hissdir,ona yaşamı verən nə? Yaşayana yaşamı hissdən başqa verir nə? Yaşayanı bölmüşük elə biz çoxlu yerə. Anlasaydıq bölərdik bu qədər çoxlu yerə? Biri olub yaradan,biri isə yaranan. Biri olub yaşayan,biri isə yaşanan. Deyilib ki,sən varsan bir də səni yaradan. Bele deyilib ona,bir də qarşıda olan. Görürsənsə nəyisə,o var bir də sən varsan. Birdə sənə bunları göstərən var yaradan. Baxaq görək elədi,düzmü verilib bunlar? Görürəm bir köpəyi günəşdən uzaq durar. Kölgə bir yerə gedib,elə orda oturar. Kölgədə otursa da dərindən nəfəs alar. Bu anda sual gəldi niyə orda oturub? Burda olan havanı o,görən hardan duyub? Bu sualın özündə mən və bir köpək olub? Yoxsa bu sualı da elə hiss özü qurub? Hər ikimiz yaşadıq orda olan ortamı. Hər ikimiz anladıq orda olan yaşamı. Ona baxıb anladım o,niyə belə edir? Yoxsa onun etdiyin hiss özü mənə deyir? O,olanı keçirir,məndə həmin olanı. O,nə keçirirsə hardan bildim cavabı? Ona gələn o,şeyi necə alıram ondan? Bəlkə soruşub sözlə,cavab alıram ondan? Axı o,məndən ayrı,məndə ondan aralı. Nə etsə anlayıram,dursa belə aralı. Formaca fərqlənirik,anlamaqda fərqliyik? Fərqli olsaq əgər biz,necə cavabı görərik? Düşünmüşük mən ayrı,birdə o,varlıq ayrı. O,varlığın etdiyin sözlə soruşmaq ayrı. Sual versən sözlə sən hansı cavab yaranır? Bəs onu aydın görsən,sözü bilmək yaranır? Bəs o məni yaradan,həm də onu yaradan. O,nədir ki,görüb sən düz cavaba çatasan. Bizə verir o canı,həm də bütün cavabı. O,özüsə hardadır,kim verəcək cavabı? Görən o,da canlıdır,yoxsa canı yaradıb? Yaradır və yaşadır,yaradıb və dayanıb? Onun zamanı yoxsa demək yenə yaradır. Zamanı varsa onun yaradıb və dayanıb. Sözləri eşidərək,götürdük bilik aldıq. O,biliklərinsə açarın bizlər aldıq? Yoxsa yalnız sözləri biz yığmağa başladıq? Toplayaraq sözləri aydınlığa heç çatdıq? Bəs sualı quran kim o,cavabı görən kim? Bəs özünü görək kim,bir də onu görək kim? Bəs ortamı keçən kim,hərəkəti edən kim? Bəs bunları bilən kim,bir də onu yazan kim? Bizim üçün olubdur yaman çoxlu o,kimər. Kimləri çözmək üçün yaman o,fikirləşər. Fikir onu salıbdır çıxılmaz labirintə. Hara getsə də belə,çıxmayıb gün üzünə. Bəs bu qaranlıq yaşam görən necə dəyişər? Aydınlıq necə gəlsin bunu quran düşünər! Yolu o,tapmaq üçün edir çoxlu fikirlər. Fikirləşib yalnız o,yollardan birin seçər. Açılmazsa sualla yalnız zülmü yaşayar. Ondandır sual gəlir bunu görsə anlayar. Bu verilən suallar onu əzməyə deyil! Bu suallarla hissi,məndən ayırmaq deyil?
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.