Gönderi

Ölmək - o geniş körpünü hər kəs gedəcəkdir, Bir badə ki, ondan bütün aləm içəcəkdir. Hər süslü çiçək - sonda saralmış, quru yarpaq, İnsan nədir o? Əvvəli torpaq, sonu torpaq, Aləm doğacaq, dirçələcək, məhv olacaqdır, Dünya boş ikən, axırı həm boş qalacaqdır. Bir tək səni məhv etmədi bu qanlı təbiət, Həp yoxluğa, həp heçliyə məhkum bəşəriyyət.
·
13 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.