Gönderi

Həyatımızda razı olmadığımız nə varsa, Allah'ın izni ilə dəyişdirə bilərik. Bu doğrudan da belədir. Ciddi oturub, düşünmək gərək. Mən kiməm? Nə üçün yaradılmışam? Yaşayıram mı, yoxsa günləri sadəcə ötürürəm mi? Allah üçün nə qədər fədakarlıqlar edirik? Özümüz, başqaları üçün? Nə qədər yaxşı biriyik? Allah'ın bizə verdiyi yuxarıda saydığım və daha çoxuna sahib olduğumuz nemətlərdən nə qədər istifadə edirik? Na qədər xeyirli yaşayırıq? İnanın edə bilərik. Düşüncəmizdə olan o rahat, rifah, canlı həyata sahib ola bilərik. Günləri bir-birinə bənzəməklə suçlayırıq. O gün kimin öhdəsinə verilib bəs? Bu dünyada tək şüurlu, məqsədli yaşayan varlıq bizlərik. Allah üçün çox ciddi önəm və dəyərimiz var. Niyə bunları görməzdən gəlirik? Niyə həyatımızı öz əllərimizlə çətinləşdiririk? Nəyi gözləyirik? Yaşamağı erteləməyək, gözəl insanlar. Çünki ölüm var. Və ölüm ölmür. Keyfiyyətli yaşayaq ki, gözəl sonumuz olsun. Həsənzadə✒️
·
26 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.