Gönderi

Məni cəlb edən məhz bu eybə cərliklərdir. Məni məyus edənsə iztirab izlərinin o qədər də dərinə sirayət etməməsidir. Məni ehtirasa gətirən nədir: bu qadın, yoxsa bədənindəki damğaların tarixçəsi? Zil Gözlərimi qaranlığa zilləyib hərəkətsiz uzanmışam. qaranlıq olsa da, bilirəm ki, əlimi uzatsam, çadırın damına toxuna bilərəm. Ehtirasımın səbəblərini müəyyənləşdirməyə çalışarkən ağlıma gələn düsturlar nə qədər təzadlı olsalar da, məni düşdüyüm vəziyyətdən xilas edə bilməzlər. "Görünür, bərk yorulmuşam, mən düşünürəm, bəlkə də, yaxşı anlaşılan hər şey, əslində, saxtadır". Səssizcə dodaqlarımı tərpədib cümlələr qurur, sözlərin yerini dəyişirəm. “Bəlkə də, mən yalnız anlaşılmazlıqların əsl həqiqət hesab oluna biləcəyi bir vəziyyətlə üzləşmişəm".
·
12 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.