Gönderi

Ən yaxşı şərik
İşdə düzgün idi. Cahiliyyət dövründə ticarət edirdi, Şama və Yəmənə gedirdi, ticarət karvanlarına qoşulurdu, şərikləri vardı. Onun cahiliyyət dövründəki şəriklərindən biri sonralar deyirdi ki, o ən yaxşı şərik idi; nə inadkarlıq edirdi, nə mücadilə edirdi, nə öz yükünü şərikinin çiyninə qoyurdu, nə müştəri ilə pis rəftar edirdi, nə ona baha satırdı, nə yalan danışırdı; işdə düzgün idi. Onun bu düzgünlüyü cənab Xədicəni ona məftun etdi. Çünki Xədicə də Məkkənin birinci xanımı, əsil-nəsəb və sərvət baxımından görkəmli şəxsiyyət idi.
·
40 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.