Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Qaldı
Bir gül əkdim, açılmamış dərdilər. Zəhmətimdən mənə bir tikan qaldı. Əmək çəkdim, gün keçirdim, gül əkdim, Əməyimdən solğun bir fidan qaldı! Nə yazım yaz, nə də günüm gün oldu, Könlümün çiçəyi açmadan soldu. Qanadımı bir uğursuz əl yoldu. Yerində bir damla quru qan qaldı. Söylədiyim boş söz, tökdüyüm qan-yaş, Haqqıma, - kim isən - ǝl vurma, yavaş. Yavaş ki, dərdimə ağlayan qardaş, Yerində, arxamda bır düşman qaldı. Yaralandım, sarmadılar yaramı, Yas gününə döndərdilər bayramı. Əlimdən aldılar son bir çaramı, Əsəri ruhumda bir fəğan qaldı!
Sayfa 124 - QanunKitabı okuyor
·
175 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.