Gönderi

382 syf.
·
Not rated
·
Read in 3 days
Fikrimcə,bədii ədəbiyyat,oxucular üçün müəyyən qədər təbliğat xarakteri daşıyır və çox güclü təsir vasitəsidir. Buna görə də,HEÇ BİR YAŞ KATEQORİYASI OXUCULARINA QƏTİYYƏN TÖVSİYYƏ ETMİRƏM. Səbəbləri: 1.Kitabda yetəri qədər türk ifadələri var. 2.Sonluq hər nə qədər "vicdanlı" görünsə də,nəticə etibarilə cinayətlərin araşdırılmasında müstəntiq qeyri-professionallığı,qanunların "sərf edəndə" həyata keçirildiyi fikrinin sübutudur. 3.Dedektiv süjet xətti yox dərəcəsindədir. 4.İstər qadın,istərsə də kişinin "ailə əxlaqına" yanaşması birtərəfli və sərhədsiz işlənib. 5.Üstüörtülü şəkildə də olsa,"rayondan gələn qızların etdikləri" streotipi önə çəkilib. 6.Lamiyə kimi biri "dost" olaraq,Qönçənin həyatı isə "azadlıq" kimi təsvir edilib və dəfələrlə nümunə göstərilib. 7.Kitabda konkretlik yoxdur.Məsələn,qızların hansı univerisitetdə və hansı fakültədə təhsil aldıqları göstərilməyib və s.
Susan Qadın
Susan QadınElxan Elatlı · Xan Nəşriyyatı · 2022294 okunma
38 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.