Gönderi

Müəllifin sözü Xoşbəxt bir tənbələ çevrilmək Ey, sənləyəm. Niyə key kimi baxırsan? Kursa gedib- gəldin? - Bəli. -Tapşırıqlarını etmisən? -Bəli. -İngilis dili dərsini öyrənmisən? -Bəli. -Doğrudan məktəbdən verilən bütün tapşırıqlarını yerinə yetirmisən? - Bəli. -Onda boş-bikar durma. Heç olmasa, əlinə bir kitab götür, oxu.
·
17 görüntüleme
Melissa Lewis okurunun profil resmi
Adətən, böyüklər uşaq "heç bir şey" etməyəndə belə deyirlər. Əgər heç bir şey etmirsə, deməli, edəcək bir şeyi yoxdur. Kitab görməyə bir iş olmadıqda deyil, oxumaq istədikdə oxunmalıdır. Əgər görüləcək bir işi yoxdursa, həmin vaxt nə etmək istədiyini özü seçməlidir. Uşaqlar "boş" duranda, bəlkə də, nə haqqındasa xəyal edirlər və yaxud nəsə narahatlıq keçirirlər. Bizə ürəklərini açıb deməyincə onların beyinlərində nələri fikirləşdiklərini anlaya bilmərik. Boş qalmağa imkan verməyən böyüklər ucbatından əylənib xəyallar qurmaq əvəzinə, gərəksiz işlərlə məşğul oluruq. Mən ana olanda uşağım "boş" durarsa, onu danlamayacağam. Əsla! Onun əvəzinə övladımdan qayğı ilə soruşacağam: Nə haqda fikirləşirsən?
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.