Gönderi

Belə..
Elə ayrıldıq ki bir iynə ucu Qoymadım hardasa "bağışla" deyim... Gedəndə "dur getmə" deyərdim bəlkə Bir nəfəs dərməyə çatmadı heyim... Yoxluğun - yoxluqdur...Başqa adı yox Desəm ki "ölürəm" yalanım olar... Ancaq ki Yüz ölüm baxsa da soyuq Həsrətin yanında balaca qalar... Bir idi min oldu dünyanın işi Min işlə baş edən can yoxdu məndə... Qoymadı yarıya, gülə sevgimiz Deyən öz bəxtim də aşiqmiş mənə Xəyalın danlayır yenə üzümü Bilirəm, bilirəm, dəliyəm, kürəm... Eh daha barışıq uzaqda qaldı Yaxınım! Uzağım! Səni sevirəm...
Sayfa 22
··
272 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.