Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Gözəgörünməzim, can tutalcağım, Salam, Ruhum, salam! Salam, dustağım! Hərdən özüm kimi boylanıb göyə, Qışqırma içimdə azadlıq deyə. Səni buraxmaram, yalvarma yetər, Taqəti, mayası sənsən canımın "Sanma bircə ləhzə keşikçim yatar, Fikri qalıb məndə nigahbanımın?" Bütün gündüzümdə, gecəmdə oxu, Ayağım keşikçi, dilim keşikçi - Olmaz ki, nəyəsə etibar edim. Özümü yox edib, səni var edim. Qışqırma içimdə, azadlıq deyə - Azadlıq nə gəzir bu yer üzündə, Azadlıq gəzirəm elə özüm də… Lap deyək xəyal tək uçurum səni, Əlimdə quş kimi qaçırım səni - Qartal caynağında quş azad deyil, Saray divarında daş azad deyil. Belə qeyli-qalda baş azad deyil, Azadlıq nə gəzir bu yer üzündə - Meşə azad deyil şər baltasından Sahillər qurtulmaz sel xatasından. Lap deyək bülbüllər qəfəsdə deyil, Axı onların da başqa ahı var. Pətəkdə azadlıq yoxdur şahı var. Söhbət şahda deyil, nəfəsdə deyil. Pətəklər, şanalar nədən ötrüdü, Azadlıq nə gəzir bu yer üzündə Qışqırma içimdə azadlıq deyə…
Musa Yaqub
Musa Yaqub
·
58 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.