Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Xalqın şairinin 87 illiyi...
Baxçaya qoymusan dəmir qəfəsi, Baxsam, öldürərlər, baxmasam, ölləm. Qaracaoğlan Birinin bar verir guya söyüdü, Buluddan tayası, yağışdan südü, Di gəl bu ordenli, şöhrətli "bütü", Yıxsam, öldürərlər, yıxmasam, ölləm. Qulaqlar uyuyur bir xoş yalanda, Vəd verən də bilir, vədi alan da. Bu söz oyununda naçar qalanda, Dinsəm, öldürərlər, dinməsəm, ölləm. Ağıl kəsə-kəsə, göz görə-görə, Ha bu dəyirmanı fırlat boş yerə. Bu "ötür-ötürə", "qaytar-gətirə" Gülsəm, öldürərlər, gülməsəm, ölləm. Dünən haram alıb əlimdən özü, Bu gün bayraq edir halalı, düzü, Dilimin ucunda köz olan sözü Desəm, öldürərlər, deməsəm, ölləm. Qəribə cələdir sənin bu cələn Həm dən səpən düşür, həm dənə gələn. Kim qədirbilməzdir, kim qədirbilən? - Bilsəm, öldürərlər, bilməsəm, ölləm. Bir sirr əsiriyəm, bu söz dustağı, Ağ salıb gözümə yalanın ağı. Açımmı sandığı, töküm pambığı? - Açsam, öldürərlər, açmasam, ölləm.
Musa Yaqub
Musa Yaqub
·
60 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.