Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Nə qədər gözəllik var imiş demə, Gül açdı, meh əsdi, gözələm dedi. Gülün dodağında bir damcı şeh də, Nur saçdı, şeirəm, qəzələm - dedi. Haqqımı dərk etdim səni görəndə, Hikməti duymuşam təbəssümündə. Sənin baxışın da, sənin səsin də, Dərk eylə! nə inci, nə lələm dedi. Çıxdım dağ döşünə, laləli düzə, Quşlar cəhcəh vura, ceyranlar süzə. Gözəl təbiətlə qalıb üz -üzə, Ürək vəcdə gəldi, kaş öləm dedi. Əlini əlimdə tutduğum zaman, Ruhu yer apardı, yoxsa asiman? Adın çəkmədiyim o gözəl canan, Sevdan bir xəyaldır! mən biləm dedi.
·
166 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.