Gönderi

İKİNCİ MÜNACAT
Ey hələ biz yox ikən var olan ülvi, uca! Biz öləndən sonra da ey, əbədi qalacaq! Dövran sənin əmrinin cilov çəkən nökəri, Yəhərini daşıyır fələyin çiyinləri. Biz ki, sənin qapını döyən dilənçi -yazıq... Qulaqları qapıntək həlqəli qullarınıq. Səndən savay heç kəsdən mehr ummadı qəlbimiz, Heç bir könül tikənə minnətçi olmadıq biz. Qorxumuz da səndəndir, ümidimiz də sənsən, Biz suçluyuq, sən kərim, suçumuzdan keçənsən. Köməksizik, çarə qıl, sənsən ümid yerimiz, Sən də qovsan qapından, kimə yalvararıq biz?
Sayfa 30 - "Lider" nəşriyyatKitabı okuyor
·
27 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.