Gönderi

Prototip dörd və ya beş yaşında formalaşır və beləliklə də, bizidə məhz bu dövrə aid olan uşaqlıq təəsürratları maraq-landırır.Valideynlərin bu yaşdakı uşaqlara göstərdiyi təsirin ən geniş yayılmış nəticəsi uşaqların ata və ya ana tərəfindən ifrat dərəcədə cəzalandırılmasından və ya amansız rəftarından yaranan dözülməz sıxıntı içində yaşamaq duyğusudur. Belə bir vəziyyət uşağı məcbur edir ki, özünün əzablarını yüngülləşdirmək üçün vasitələr axtarsın və bu da çox vaxt onun psixi durumunda normal qaydalardan yayınmalara gətirib çıxarır. Misal üçün, atalarının qəzəbli davranışından sarsılan bir çox qız uşaqlarının psixikasında kişilərdən birdəfəlik üz döndərmə kimi xüsusiyyət yaranır. Yaxud da, çox ciddi xarakterli anası tərəfindən güclü sıxıntılar yaşayan oğlan uşaqlarının öz təbiətlərinə görə, qadınlardan uzaq gəzməyə meyilli olmaları da mümkündür. Şübhəsiz, bu cür təcridedici davranışlar uşaqda müxtəlif cür təzahur edə bilər: misal üçün, uşaqaşırı dərəcədə utancaq ola bilər, yaxud da o, seksual rəzalətə (sapıqlıq) qapıla bilər (bunun özü də qadınlardan qaçmağın bir üsuludur). Belə rəzilliklər anadangəl-mə olmur, uşağın illərlə içində yaşadığı mühitin təsiri ilə formalaşır.
·
35 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.