Gönderi

İstəməm cənnəti, salma tərifi, Mələklər bir yana, gülüm bir yana.
Könlümə var oldun, gözümə nurtək, Sənsiz candan küsür dayanır ürək. Bəsdi bu qəm kədər, gəl deyək gülək, Kədər bir yan olsun, ələm bir yana. Çıxaq zirvələrə qovaq çən, duman, Bizə həsəd etsin bu yer, asiman. Mən sənin əlindən tutduğum zaman, Biz bir yana olaq, aləm bir yana. Bəsdir danışdığın səbir, dözümdən, Bəsdir incidiyin şair sözündən. Ürəyimdə nə var oxu gözümdən, Qələm bir yan olsun, dilim bir yana.
·
185 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.