Gönderi

Qəlbində nələr var, de, gözəl, bilim, Təki yalan demə, lap xətər eylə. Xəbərsiz gəlmisən ömrümə, gülüm, Ömrümdən gedəndə sən xəbər eylə. Nələr çəkdiyimi çəkdirən bilir, Damcıya lağ etmə, qayalar dəlir. Dağlar da qəlbimi qəmli dağ bilir, O dağlara sürsən çən, xəbər eylə. Bir gül qönçəsisən könül bağında, Gəlmisən könlümün bəxt sorağında. Dörd nala çaparkən qəlb oylağında, Ya şahə qalx, gülüm, ya betər eylə.
··
207 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.