Gönderi

Yalan Dünya
Gah başıma tumar çəkən, Gah ilantək çalan dünya. Gah sinəmə dağlar çəkən, Gah könlümü alan dünya. Gah dağılan, gah qurulan, Bəzən açan, bəzən solan, Gələnləri yola salan, Özü baqi qalan dünya. Bir yanda at, bir yanda ot, Solu günəş, sağı bulud. «Dovşana qaç, tazıya tut»- Deyən köhnə filan dünya. Min rəngi var, min donu var, Neçə — neçə oyunu var, Nə əvvəli, nə sonu var, Yalan dünya, yalan dünya!
Bahtiyar Vahabzade
Bahtiyar Vahabzade
·
55 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.