Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

80 syf.
·
Puan vermedi
Sən öləndə kim olacaq gözlərini bağlayan?!
Yazıçı müsahibələrindən birində deyir:"Oyun havası" birnəfəsə yazılıb. Təxminən on gün ərzində. O zaman mən kifayət qədər qələm təcrübəsinə malik idim. Nə isə yazmağa başlayanda özümü necə deyərlər, suda balıq kimi hiss eləyirdim. Hadisə həyat materialı idi və mən yalnız adları və məkanı dəyişdirmək istəyirdim ki, yazı çap olunandan sonra xırda dedi-qodulara səbəb olmasın. Amma bununla belə yenə də prototiplər özlərini tanıdılar, hətta mənə artıq-əskik sözlər də çatdırdılar". Əsərdə Əlizamanın ölümünün gətirdiyi reallığı görürük. Vaxtı ikən həyatı mənfiliklərlə dolu olan, həyat yoldaşına belə " yoldaş" olmayan adam gənc oğlan tərəfindən öldürülür. Və biz onu yalnız xatirələrdə görürük. Qarşımızda sadəcə avtoritet Əlizamanın cəsədi var. Və cəsədi qəbul etməyən " yaxın"ları. Qadın isə( həyat yoldaşı) onu qəbul edir. Cəsədi basdırmaq üçün çalışır. Kənd əhalisindən bir-iki nəfər istisna ona köməyə gələn olmur. Hamının başı həmin gün olan toya qarışıb. Halbuki Əlizaman nə qədər avtoritet olsa da, işləri ondan keçərmiş.İnsan övladı sağ ikən pisə pis deyə bilmir də, öləndən sonra yaxşısına da, pisinə də deyinir. Həyat yoldaşı( neçə il ayrı qalsalar da qanuni yoldaşı idi) içində Əlizamanı danlasa belə , onun ölümünü səbirsizliklə gözləsə də, yoldaşının öldüyünü biləndə heç də sevinmir. Necə də Azərbaycan qadını siluetini bizim gözümüz önünə gətirir bu kadrlar. Hansı ki çox zaman bağışlayan, nəciblik edən qadın olur. Nədənsə əsəri oxuyanda Ramiz Rövşənin misraları yadıma düşdü: Bu qadın baş daşımı öpüb sığallamaqdansa, Yumruğuyla döysə, döysə yaxşıdı. Qəbrimin üstündə ağlamaqdansa, Məni söysə yaxşıdı. Yeri, yeri, qara paltarlı qadın, Kiri, kiri, qara paltarlı qadın. Bu qəbir de min qəbirdən biridi, baş daşımı bəsdi basdın bağrına. Bütün mənə ağlayanlar kiridi, sən də kiri, qəbrim damır, ağlama. Yəqin ki, əsərin sonu qeyri-real sonluqla bitsəydi, Əlizaman məhz buna oxşar sözlər deyərdi...
Oyun Havası
Oyun HavasıMəmməd Oruc · Qanun Nəşriyyatı · 201814 okunma
·
69 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.