Gönderi

Məncə, həqiqi sənətkarın fırçasından heç bir zaman quru müqəvva çıxmaz. Həqiqi istedad, daşa, torpağa da ruh vermək kimi ecazkar bir qüvvəyə malikdir. Taxta kimi quru, hissiz, zövqsüz qəhrəmanları bizim ədəbiyyatımıza ideyalılıq pərdəsi altında gizlənən istedadsız demaqoqlar gətirir. Mən dövlətin yerində olsaydım, belələrinə yazmağı qadağan edərdim! Bəsdir, deyərdim, bu protokollara roman adı qoyub dünyanı doldurdunuz. Siz hissiz, duyğusuz, buz kimi soyuq qəlbinizi yazırsınız. Mərhum Qoqol demişkən, siz özünüzə gülürsünüz. Qələmi qoyun, çıxın gedin işinizə, ola bilər ki, başqa sahələrdə siz cəmiyyət üçün, özünüz üçün daha xeyirli adamlar olarsınız.
15 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.