Gönderi

AZAN - əslində "bildirmə" deməkdi və cümə namazına və 5 dəfə salata(namaza) dəvəti ifadə edən sözdü. Müsəlman ənənəsinə görə, Peyğəmbəri Mədinəyə girişindən az sonra, hicrətin1 və 2-ci ilində, möminlərə namaz vaxtını bildirmək üçün ən uyğun tərzi səhabələrilə müzakirə etdi. Bəziləri od yandırmaq, boru çalmaq və ya təbil vurmaq təklifetdilər. Abdullah ibn Zeyd adlı səhabələrdən biri də yuxusunda bir adamın məscid damından müsəlmanları namaza çağırdığını gördüyünü söylədi. Ömər salatı elan üçün bu üsulu tövsiyə etdi və orada olanlar onunla razılaşdıqları üçün Peyğəmbərin əmri ilə azan şəkli belətəyin edildi. Bundan sonra Bilal möminləri bu minvalla namaza dəvət etdi
·
50 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.