Gönderi

”Cırcırama və qarışqa” hekayəsini eşitmisiniz də. Bütün yayı cırcırama uçur, o çiçəkdən bu çiçəyə, sevinir, kef çəkir. Qarışqa isə evinə yem daşıyır. Cırcırama qarışqanı dolayır ki, bütün günü əziyyət çəkirsən. Qarışqa isə fikir vermir. Qış gələndə cırcırama ölür, qarışqa isə daşıdığı qidaları yeyir. Bilirsizmi, bu hekayədə zooloji səhv var. Cırcırama bütün günü yem daşısaydı belə yenə də qışda öləcəkdi. Çünki onun həyatı elə bir aylıqdır. Qarışqa isə yem daşımagına baxmayaraq yenə də qışda ölür. Bizə uşaq vaxtında qarışqanı misal çəkirdilər. Deyirdilər ki, siz də elə olun. Amma əslində cırcırama həyatını yaşadı, xoşbəxt olub, dünyanı görüb öldü. Qarışqa isə əziyyət çəkib, sürünüb öldü. Mən də buna baxıb öz seçimimi edirəm. Qarışqa olub sürünərək ölməkdənsə, qoy cırcırama olub uçaraq ölüm..
·
56 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.