Gönderi

424 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Ovod, sən buna layiq deyildin!
Ad günü hədiyyəsi olaraq mənə verilən bir kitabla bu qədər kədərlənəcəyimi, 1 saata yaxın eyni yerə boş-boş baxaraq düşünəcəyimi və hər dəfə xatırlayanda "Belə olmamalı idi!", deyəcəyim təsirli əsər idi. Ovod, Rivares, əsl adı ilə desək, Arthur, Cemma, Montanelli, Rikkardo, Martini və digərləri həyatdan bir örnək idi və hər biri səhv də etdi, onun qarşılığını da qat-qat böyük əziyyətlər çəkərək aldılar. Gözəl əsər oxuduğum üçün bəyəndim, ancaq çox da təsirli idi və bu məni boğdu. Hələ ki Montanelli və Arturun sevgisi hər şeydən daha dəyərli idi mənim üçün. Dünya ədəbiyyatı klassiki olaraq tanınan bu əsəri azərbaycanca oxudum və redaksiyası, tərcüməsi çox pis idi, durğu işarələri və tərcüməni xüsusilə qeyd etmək lazımdır. Əsərin özünü bəyəndim, türk və ya öz dilində bədii gücünün daha çox olduğunu düşünürəm. Azərbaycan redaksiyasında bir qədər bədiilik təhrif olunub. Təsirli əsər olduğu və içində müəyyən qədər şiddət və ağrı, acı səhnələri olduğu üçün 13, 14 üstü yaş kütləsinə uyğun olduğunu düşünürəm. Mənim üçün 9/10 əsərdir.
Ovod
OvodEthel Lilian Voynich · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 20221,849 okunma
·
48 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.