Gönderi

Sən bir duru yaz yağmuru
Sən bir duru yaz yağmuru, mən bir quru torpaq, Qurbanın olum yağ, mənə can vermək üçün yağ. Müşk ətri saçan zülfünə, ey gözləri ahu, Köksümdəki divanəni eşq eylədi dustaq, Qurtar məni tənhalığımın dar quyusundan, Bərraq bir ümidlə səni gözlər gözüm ancaq. Qəlbim sənin öz doğma məkanındır, əzizim, Gəl mülkünə sahib çıx, olub yadlara tapdaq. Sən lütfi kimi qəm günü qəm çəkmə, əzizim, Bir ahına bəndəm ki, olam dərdinə ortaq. Həsən Lütfi ©
·
252 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.