Gönderi

Nahid yorumladı.
Sual
Kitabla tanışlığınız necə olub?
·
1.427 görüntüleme
Nahid okurunun profil resmi
Öne Çıkan Yorum
Elə sevərək başlamışam ki, 2018 ci il məkan Azərbaycan Ermənistan şərti sərhəddi, əslində özümüzə uzaq düşmənə yaxın bir yerlər, hər gün xidməti ardıcıllığın eyni ardıcıllığla dönüb durduğu günlər. Belə ötüb keçən zamanın birində kiçik bir dəyişiklik oldu heyyət arasında və bunla da kitablar bizim balaca ama vəzifəsi böyük gettomuza daxil oldu. Həyatında heç bədii əsər demək olar ki oxumayan birinə belə yerdə kitab bir yeni əyləncə kimi gələ bilərdi, lakin bir xidmət gecəsi başlanılan həmən əsərlə sanki ədəbiyyat qaranlığıma çıraq yandı.
Dirilmə
Dirilmə
bu kitab idi ki mənəvi olaraq məndə böyük iz buraxdı və o gündən bu günə içimdə sönmək bilməyən məşəl oldu. Ardıyca
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə Yoxdur
,
Sol Ayağım
Sol Ayağım
kitabları da yönümü dəyişməz olaraq sanki sabit qıldılar. Kitabların azlığından təkrar təkrar sevdiyim yerlərini oxumaq hələ elə çox zövq verirdi ki mənə, bəzən yoxluqlardır insana duyulmayacaq hissləri yaşadan...🌿
gadimovkanan okurunun profil resmi
Maraqlı sualdı. Danışanda adi görünsə də əslində bir az mənə görə kitab oxumağa başlamağım qeyri-adi oldu. Fikirləşəndə ki, nə məktəb vaxtlarında, nə də məktəbdən sonra kitaba yaxın durmamışam. Bildiyiniz avara idim, nəyin ki kitab oxumaq, əvvəlcə düşüncəm dəyişdi, sonra geyim stilimə qədər hər şey dəyişməyə başladığı ərəfələrdə dostum elektron kitab oxuyurdu və mənə də məsləhət gördü. O kitab da söyüşdən ibarət və bir az da gülməli idi, dostum kitabdan sitatlar gətirdikcə mənə də maraqlı gəlirdi. PDF formatında göndərdi, hər gün oxuyurdum, oxuduqca oxumaq istəyirdim. Beləcə eyni yazarın bütün kitablarını oxumağa başladım. Hamısı da maraqlı idi. Bir neçə kitabı elektron oxuduqdan sonra kitab almağa başladım və düşündüm belə oxumaq daha çox zövq verir. İlk oxuduğum isə Çarlz Bukovskinin "Qadınlar" romanı olub. Və o günlər idi ki, heç kimlə yaxın ola bilmirdim. Özümə qapandığım günlərdə kitablarda özümü tapa bilirdim hərdən. Ən azından başqalarının həyatını oxuyub fikrimi yayındıra bilirdim. İndi həmən dostumla əlaqəm yoxdur, demək olar ki səbəb olmadan, bəhanə ilə 15 ildən çox dostluğumuzun üstündən xətt çəkib gedib. Amma yenə də sağ olsun. Düşüncəmin dəyişməyinə səbəbkarlardan biri olub.
İyun şehi okurunun profil resmi
Məktəb vaxtlarından həmişə oxumaq istəmişəm amma nədənsə oxuya bilmirdim . ( O qədər müddəti 17 ili kitab oxumadan necə keçirmişəm artıq bilmirəm ) 1- ci kursda (2016 dan bəri) oxuyanda qrup yoldaşım çox kitab oxuyurdu ona baxdım məndə də həvəs yarandı daha sonra onun oxuduğu kitabları sırası ilə oxumağa başladım və nəticədə hələdə oxumağa davam edirəm . Kitab sevgimi qrup yoldaşıma borcluyam ...
Vəfa Hafiz okurunun profil resmi
Atam müəllim olduğu üçün gözümü açdığım zamandan evdə kitab görmüşəm ancaq. Və ağlım kəsəndən anladım-anlamadım əlimə keçən hər kitabı oxumağa çalışırdım. Dərk edərək oxuduğum ilk kitab isə 7 yaşımda atamın bağışladığı
Yuxuların Çin Olduğu Yerdə
Yuxuların Çin Olduğu Yerdə
kitabı idi.🥹 Həyəcanla, sevərək oxuduğum ilk və məni mütaliəyə daha çox sövq edən kitab isə 12 yaşımda oxuduğum
Старик Хоттабыч
Старик Хоттабыч
(Qoca Xəttabıç) kitabı idi.🥹
Fidan Məmmədli okurunun profil resmi
9 yaşım vardı məktəb kitabxanasına uşaq ədəbiyyatından bir xeyli rəngarəng kitab gətirmişdilər. Ən çox "Uzunboğaz Peppi" diqqətimi çəkmişdi. Güc bəlayla( ağlayaraq😀) əldə edib oxumuşduq. İlk oxuduğum da "Damda yaşayan Karlson" oldu. Elə ondan sonra da bu günə kimi davamı gəldi:)
Gülər Babayeva okurunun profil resmi
İlk oxuduğum kitab , Qaraqan " A " romanı olub . Dostlarım yanımda kitabı tərifləyə -tərifləyə bitirə bilmədilər. Məndə maraqlanıb , oxumağa başladım , və o gündən bu günə oxumaq aludəçisi oldum , nə yaxşı ki də hadisələr ,bu cür baş verib.
Müjgan Ahmedzade okurunun profil resmi
7-ci sinifdə oxuyanda müəlliməm yay tətili tapşırığı olaraq Əbdürrəhim bəy Haqverdiyevin seçilmiş əsərləri kitabını oxumağı tapşırmışdı.
Xəzər okurunun profil resmi
Məktəbdə oxuyanda kitaxanda olan nağıl kitablarını dastanları oxuyurdum. Azərbaycan nağıllarını və digər xalqların əfsanələrinə aid kitabların bir hissəsini oxumuşdum.
DİLAL okurunun profil resmi
Arkadaşlarımın hepsinin okuduğu bir seri vardı ama bana hiç ilgi çekici gelmiyordu (o aralar okumayı hiç sevmezdim sıkıcıydı bana göre) hatta kitaba baya ön yargılıydım. Polisiye tarzıydı kitaptan biraz bahsetti ve çok büyük bir spoiler verdi bana en olmaz denilecek şeyi söyledi. Ben de merak ettim acaba nasıl oldu diye okudum (asla zorla okutmadı) zaten beş kitaptı sardı. Sonra kuzenimden Harry Potter serisini okumuştum devamı öyle geldi.
16 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.