Gönderi

188 syf.
·
Puan vermedi
·
10 günde okudu
"Olmaq ya da olmamaq bütün məsələ budur!" Şekspirin 5 pərdədən ibarət əsrarəngiz faciəsi... Və bu faciə əsərdə bir çox personaj olmasına baxmayaraq Hamletin daxili faciəsidir. Başda verdiyim alıntı belə Hamletin daxili alını təsvir etməyə yetir məncə. Düşünün oğul atasının ölümündən əmisinin günahkar olduğu öyrənir. Bu məlumatdan sonra nə etməli idi? Təbii ki,qətiyyətli olmalı və atasının ruhunun ondan tələb etdiyi kimi intiqam almalı idi. Amma Hamlet işi uzatdı,hisslərini,fikirlərini,gördüklərini ələk-vələk etməyə başladı. Hamletin gördüyü ruh həqiqətən atasının idi yoxsa iblisin oynadığı bir oyun? Hamlet həqiqətən atasının qisasını almaq istəyirdi yoxsa hər şeyi zamanın gedişinə Tanrının ədalətinə buraxmaq? Bəs Ofeliya? Mənə görə bu əsərdə nahaq yerə yanan Ofeliya oldu Baxmayaraq ki,Hamlet onu sevmişdi,hətta bunu dilə gətirmişdi, amma sonda Ofeliyadan da şübhə etdi. Deməli Hamlet sevgisinə belə əmin deyildi.. Son səhnə bütün sirləri açdı,intiqamlar alındı,cəzalar çəkildi görcək gün işığı kimi qılınc meydanına şığıdı. Ancaq heyhat olan olmuş,ölən ölmüşdü... Sonda Hamlet yenə qərarsızlıq içində itib-batır o hələ də nəyin doğru,bəyin yanlış kimin günahkar kimin saf olduğuna qərar verə bilmir. Əvvəldən dediyim kimi bu faciə Hamletin daxili faciəsi idi digər obrazlar isə bu faciədən öz payını götürdü
Hamlet
HamletWilliam Shakespeare · Türkiye İş Bankası Kültür Yayınları · 202345,4bin okunma
·
65 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.