Gönderi

Əlinin eyni zamanda müharib, şücaətli və vəli xüsusiyyətlərinə sahib olması xüsusən şiələr arasında onun adı ətrafında məziyyətlərin təşəkkülünə səbəb olmuşdur. Məs., Siffin döyüşündən bəhs edən Məsudi (Muruc, IV, səh. 376) bizə Əlinin bir gündə öz əli ilə 523 adam öldürdüyünü xəbər verir. Daha sonra onun haqqında fövqəltəbii bir çox şeylər deyilmişdir. Məs., onun necə Zülfəqqar (xalq dilində Zülfiqar) adlı qılıncı ilə atlıları yəhərlərindən düşürmədən başlarını bədənlərindən ayırdığı, ya da bədənlərini ikiyə böldüyü hekayət edilir. O, qorxmadan, dimdik düşmənini gözləyən, sadəcə qolunun bir uzadılmasında 33 düşməni yerə sərən bir qəhrəman kimi təsəvvür edilir.
·
42 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.