Gönderi

9/10
·225 syf.··
Beğendi
·
2024 89. kitabı
·
9 günde okudu
·
Okunma: 15 Mayıs 2024 01:17
"1918 Ekiminde vurulup öldü. Vurulduğu gün bütün cephe sessiz sakindi gayet; öyle ki, resmi tebliğler, batı cephesinde kayda değer yeni bir hadise olmadığı cümlesiyle yetindiler." Qərb cəbhəsində yenilik yoxdur. Yaxşı, bəs nə var? "Mermiler, zehirli gazlar, tank filotillaları. Ezilmek, parçalanmak, ölüm. Dizanteri, grip, tifüs.. Boğulmak, yanmak, ölüm. Siper, hastane, toptan gömülme... Dahası yok bunun..." Sadəcə bu cümlələr belə əsərin bütün məzmununu ehtiva edir. Qərb cəbhəsində ölüm var, qərb cəbhəsində qan var, qərb cəbhəsində müharibə var, amma yenilik yoxdur... "Qərb cəbhəsində yenilik yoxdur" alman veteranı Remarkın müharibə mövzusunda yazdığı romanıdır. Burada məktəbdən birbaşa böyük həvəslə cəbhəyə yollanan 19 yaşlı Paulun timsalında, bir əsgərin düşüncələri, iztirabları, müharibənin dəhşətləri təsvir olunmuşdur. Müharibə mövzusunda yazılmış kitabları oxumağı sevirəm. Başqa bir təsir buraxır insan üzərində. Ancaq bu kitab... Tamam başqa idi... Bəzi hissələrini gülümsəyərək, bəzi hissələrini kövrələrək, dərindən təsirlənərək oxudum. Hələ kitabın sonu, son cümlələri... Elə sadə, sakit bir şəkildə bitdi ki. Amma təsiri çox dərin oldu... Oxuyarkən hekayənin içərisinə: Qərb cəbhəsinə, alman əsgərlərinin arasına, "2-ci bölük"dəki Paul və onun məktəb yoldaşlarının sırasına daxil oldum. "Kat"la qazları oğurladım, Müllerlə Kemmerichin yatağı başında onun çəkmələrini götürmək üçün ölümünü gözlədim, Paulla mərminin açdığı çuxura gizlənib, iztirablarını bölüşdüm, Albertin yarasının ağrısını hiss etdim... Kitabı bitirdikdən sonra filmini izlədim. ("Im Westen nichts Neues", 2022. #241242140 ) Kitabla tam olaraq eyni olmasa da, film də çox gözəl idi. Hətta kitabda olmayan incə, dərin, çox təsirli nüanslar var idi. Filmin sonunda xüsusilə sevdiyim hissə məlumat verilən cümlələr oldu. Bu cümlələr əsərin adının mənasını dərindən anlamağa kömək edir: "Ekim 1914'te çatışmaların başlamasından kısa bir süre sonra batı cephesi siper savaşına kilitlendi. Kasım 1918'de savaş sonunda cephe hattı neredeyse hiç kıpırdamamıştı. Burada üç milyondan fazla asker öldü. Sadece birkaç yüz metre alan kazanmak için savaştılar. Birinci Dünya Savaşı'nda 17 milyon insan hayatını kaybetti. BATI CEPHESİNDE YENİ BİR ŞEY YOK..." Əsərin adı belə nə qədər dərin imiş... İstər kitabı oxuyarkən, istər filmi izləyərkən ağlımdan bir şey keçirdi. Sadəcə oxuyarkən, izləyərkən bu qədər dəhşət duyuruqsa, bütün bunların həqiqətən yaşanmış olduğunu bilmək...
Edebiyat
Garp Cephesinde Yeni Bir Şey Yok (Ciltli)Erich Maria Remarque · Everest Yayınları · 20204,045 okunma
·
774 Gösterim
6 Yorum
Lütfen giriş yapınız.
Möhtəşəm təhlil. Hər zamankı kimi. Kövrəldim hətta❤
Vəfa Hafiz
Gönderi Sahibi
Təşəkkür edirəm, Möcüzəm.🥹❤️
Fikirlərini çox gözəl ifadə etmisən. Remarkın "Dönüş yolu" əsəri də bu mövzudadır deyə bilərik. Müharibənin dəhşətlərinə şahid olmuş əsgərlərin evlərinə qayıtdıqdan sonra öz həyatlarına, ailələrinə, çevrələrinə yenidən adaptasiya olma cəhdlərini oxuyuruq həmin əsərdə. Düşünürəm ki, bu kitab qədər təsirlidir. Xoş mütaliələr.
Vəfa Hafiz
Gönderi Sahibi
Təşəkkür edirəm, Nübar.🩷 Bax elə bu əsərdə də Paulun icazə ilə evə getdiyi hissə vardı və filmdə də bu haqda danışırdılar: evə dönüş. Təşəkkür edirəm qeyd etdiyin üçün. Mütləq oxuyacam.🌷
Doğrudan da nə qəşəng yazmısınız. Əllərinizə sağlıq🌹 Oxuyacaqlarım arasına əlavə edirəm
Vəfa Hafiz
Gönderi Sahibi
Təşəkkür edirəm.☺️ Xoş mütaliələr.🌷
Vəfa Hafiz
Gönderi Sahibi
Paulu sevsəm də, ən çox sevdiyim obraz Katczinsky oldu. Ah, Kat... Filmdə də tam təsəvvür etdiyim kimi idin.🩶
Möhtəşəm təhlildir.❤️
Vəfa Hafiz
Gönderi Sahibi
Çox təşəkkür edirəm.🥹💕
Reklam
Mükəmməl təhlildir, uğurlar! 🙏🏼
Vəfa Hafiz
Gönderi Sahibi
Təşəkkür edirəm.