— Təhminə, bilirsən Füzuli nə deyir?
— Nə deyir axı?
Deyir ki:
Ey Füzuli, şami-qəm əncamına yoxdur ümid
Bir təsəllidir sənə ol söz ki, derlər var sübh.
— Başa düşdün?
— Az-maz.
— Bir də bu “derlər” sözünə bütün dünya poeziyasını dəyişmərəm. Başa düşürsən, derlər, yəni görməyib, eşidib deyirlər. Kimsə deyib ki, haradasa sübh var, bircə bu təsəlli olmasa, şami-qəmdən, yəni axşam qəmindən yaxa qurtarmaq olmaz.