Gönderi

255 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
SPOİ VAR!!!!
Çoxdandı Marc Levy qələmi ilə tanış olmaq istəyirdim. Və yazıçının ilk əsərini seçmək qərarına gəldim. Kitab haqqında nə yazsam düşünürəmki az qalacaq. Hətta kitabın hamısını, bütün alıntılarını bura köçürmək istəyirəm. Kitabın gedişatı çox axıcı idi əlimdən qoymaq istəmirdim. Bəzən Reallıqdan o qədər uzaqlaşıb,kitabın içinə o qədər hopurdum ki.. artıq neçə səhifə keçdiyinin fərqinə belə varmırdım. Kitabın bəzi qüsurları var ama bu texnikidir deyə kitabın məzmununa təsir etmir. Loren obrazının heç neyə toxuna bilməməsinə rəğmən bəzi səhnələrdə çox şeyə toxuna bilirdi.. Bu əslində insan olmağa yenidən yaxınlaşdığına bir işarə də ola bilərdi əslində.. Hərhalda ki kitab çox mükəmməl idi. Çox bəyəndim.. Əsasən də sonunda həm pis olub 3-4 səhifə sonra isə sevinc hissi bürüdü məni.. Lorenin yenidən həyata qayıtması.. Lakin Arthuru xatırlamaması və Arturun sonda Lorenində hər zaman ona dediyi kimi Lorenə "Siz özünüz də bilmirsiniz ki, dünyada bunu paylaşa biləcəyim yeganə insansınız." deməsi.. Marc Levy'nin oxuyacağım növbəti kitabı "Üfüqün əks tərəfi" olacaq. Ümid edirəm ki onu da məhz bu kitab qədər bəyənəcəm.
Bəlkə də Bu, Həqiqətdir
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0738 okunma
·
45 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.