Gönderi

216 syf.
10/10 puan verdi
·
Beğendi
·
18 günde okudu
Ananın da yaşamaq haqqı var!
" Anam sənə əmanət " əsərinin qəhrəmanı kədərlə , iztirab ,fədakarlıq, əzabla boyanmış ana obrazıdır . Qadın valideynlərinin arzularını yerinə yetirməlidir, qadın həyat yoldaşının qayğısına qalmalıdır, , qadın ailə qurduğu insanın da valideynlərinə , qohumlarına hörmət etməlidir , ana olduqdan sonra isə o , övladlarının da qayğısına qalmalıdır, onların istəklərini yerinə yetirməlidir , onlara sevgi göstərməli , onların hər zaman yanında olmalıdır və bu hər bir ananın etməli olduğu vəzifədir yəni , insanlar hər zaman belə düşünüb. Bəs ana? Ananın qayğısına kim qalacaq? , onun arzularını kim yerinə yetirəcək? Onun dərdləri ilə kim maraqlanacaq? Bu isə ya ağlımıza gəlməyən ya da o qədər də önəmli hesab edilməyən suallardandır. Əsər də bundan bəhs edir , bəzən insan düşünür ki, bu gün yorğunam, anamla sonra danışaram , indi vaxtım yoxdur, anamla sonra görüşərəm , amma bu sonralar heç də hər zaman olmur , həyat insana bəzi fürsətləri sadəcə bir dəfə verir . Əsərin hər səhifəsi bir ibrət dərsi verir və əsər insana əlində olanların dəyərini vaxtında anlamğı aşılayır. Atalar sözündə deyildiyi kimi " sonrakı peşmançılıq fayda verməz! "
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Yənbu · 0283 okunma
·
33 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.