Gönderi

Bəlkə,açıq danışaq? Hisslərinə bələdəm. Sən də unutmamısan, Darıxırsan hələ də. Sənə də xatirələr ümid verir arada, Tanrıya yalvarırsan,yenə fürsət yarada... Telefonu güdürsən,zəng edərəm,ya necə? Hər ismarıc səsinə diksinirsən eləcə. Sən də hər gün barışmaq,qovuşmaq istəmisən, Sevgi dualarına bərkdən "amin" demisən. İndi bir istəyim var,geri dönməkdir o da, Çünki sən də gedəndə deməmişdin əlvida... Bütün həzin mahnılar məni salır yadına, Sən də məntək gedirsən qürurunun badına. Deyirsən bir dost ola,adam dərdin danışa, Elə sən də yatanda sarılırsan balışa... Axı sən də gecələr həsrətimdən ölürsən, Nəsə düşür yadına,dəli kimi gülürsən. Ayrılıq su deyil ki içəsən bir nəfəsə, Sən də çaşıb adımı söyləmisən kiməsə. Bəlkə,açıq danışaq? Səmimi ol demisən. Mən də unutmamışam, Sən də mənim kimisən...
·
23 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.