Gönderi

360 syf.
·
Not rated
Harper Lee– Bülbülü öldürmek. Dünyanın ən məhşur kitablarından biri olan, Pulitzer mükafatı alan, 40dan çox dildə tərcümə olunan "Bülbülü öldürmək" kitabı ilə xoş gördük sizləri. Bəzi kitablar var ki, onları unudub yenidən oxumaq istəyirsən. Bu kitab da mənə görə elə kitablardan biridir. Roman əsasən irqçilik, ədalət və insanlıq kimi mövzulardan bəhs edir və mənə görə dərindən iz buraxan əsərlərdən oldu. Kitab 9 yaşlı qızın dili ilə danışıt. Scout, vəkil olan atası Atticus və qardaşı Jem ilə birlikdə yaşayır. Atticus məhkəmədə zənci bir adamı müdafiə etdiyi üçün yaşadıqları yerdə birmənalı qarşılanmırlar. Buna baxmayaraq o zəncilərin də bəyazlar kimi eyni hüquqa malik olduğunu vurğulayır və uşaqlarını da bu düşüncə ilə böyüdür. Atticus'un uşaqları ilə söhbətləri, onlara doğrunu, ədaləti fərqli üsullarla başa salması kitabın mənə görə ötürmək istədiyi ən gözəl mejalardan idi. Ümumiyətlə roman sadə görünsədə ötürmək istədiyi mesajlar olduqca güclü və təsirlidir.
Bülbülü Öldürmek
Bülbülü ÖldürmekHarper Lee · Epsilon Yayınevi · 202072.8k okunma
·
30 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.