Sevgi haqqında psixoloji, fəlsəfi, sosialoji şərh.
10/10
·144 syf.··
Beğendi
·
2024 17. kitabı
·
67 günde okudu
·
Okunma: 19 Mayıs 2024 12:42
Bir çox insan üçün sevgi sadəcə romantik münasibətlər olaraq başa düşülür. Sevgi romanı, sevgi haqqında olan digər yazı və əsərlər bu qəbildən qəbul edilir. Fromm sevgiyə çox geniş və dərin bir aspektdən yanaşaraq şərh etməyə çalışır. Sevginin bir sənət olması, öyrənilməsi, ona yiyələnmək üçün müəyyən mərhələlərdən keçilməli olduğunu aşkar şəkildə ifadə edir. Kitabın dili, tərcümə də sağolsun, kifayət qədər ağırdır, lakin üstündə düşünərək, təhlil edərək oxuduğumuz zaman özümüzdə və cəmiyyətdə olan sevgi məsələlərində geniş fikir sahibi oluruq. Fromm sevginin obyektləri olaraq; qardaş sevgisi, ana sevgisi, şəhvani sevgi, özünəsevgi, Tanrıya sevgini ayırır və hər birini geniş şəkildə izah edir. Bu izahlar sadəcə onun fərdi düşüncələri əsasında deyil, yazılı məlumatlara və araşdırmalara əsaslanır. İstər valideynlərlə, istər cəmiyyətlə, istərsə də Tanrı ilə olan sevgi münasibətlərimiz üzərində düşündürür. Bütün bunları oxuduqdan sonra, bir müəllimimin, Fromm XX əsrin ən böyük mütəfəkkiridir, fikrini indi anlamış oldum. Kitabda sadəcə sevgi üzərində durmur, paraleldə sevgini və həyatımızı şərtləndirən anlayışlara da toxunur, psixologiyanın, dinin və müasir cəmiyyətin fikirlərini sintez edir. Kapitalist cəmiyyətinin sevgiyə və həyata münasibətini analiz və tənqid edir. 144 səhifəlik kitabın münasibətlər və sevgi haqqında olan müasir onlarla ədəbiyyatdan üstün olduğunu rahatlıqla qeyd edə bilərəm. Bu əsəri oxuyun, lakin düşünərək, araşdıraraq, papağınızı qarşınıza qoyub, ailə, cəmiyyət, partnyor münasibətlərinizi təhlil edərək oxuyun. Fromm özündən əvvəlki və müasirlərinin xüsusilə də Sigmund Freud in düşüncələrinə toxunur, qatıldığı və qəbul etmədiyi düşüncələri ortaya qoyur.
Deneme, İnceleme
Sevmək sənətiErich Fromm · Qanun Nəşriyyatı · 07,8bin okunma
·
154 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.