Gönderi

432 syf.
8/10 puan verdi
·
4 günde okudu
İdeal evlilik? yoxsa mükəmməl yalan?
Bu kitabdan əvvəl yazıçının nəinki başqa kitablarını oxumaq heç tanımırdımda.. Kitabı təsadüf nəticəsində seçib araşdırdım. Həm çox tənqid həm də çox sevənlər var idi.. Məndə oxumasam olmaz dedim və hərhalda ki nisbətən peşman olmadım. Kitabın əvvəlləri sıxıcı gələ bilər. Ama kitabın irəliləyən səhifələrində kitabı əlindən qoymaq istəmirsən.. Psixologiyamı zorlayan bir kitab oldu.. Qadına qarşı psixoloji şiddətin pik həddini gördüm bəlkə də kitabda və bu mənim ən zəif nöktlərimdən biridir. Bəzən kitabı əlimdən qoyub 1-2 dəqiqə nəfəsimi darlayırdım, sonra davam edirdim. Jack Obrazına hər keçən səhifədə nifrət etdikcə.. Qreysin gücünə, ümidini heç vaxt itirməməsinə heyran qalırdım. Bacısı üçün bütün acılara dözəcəyindən xəbərdar olan Jack'ın iyrənc hərəkətləri qarşısında heç vaxt mübarizliyini itirməyən bir Qreys tanıdım. Sonu gözlənilməz oldu.. Ama daha yaxşı təsəvvür edirdim. Son olaraq kitabı oxumaq olarmı? Aha məncə gerilim sevənlər üçün əla seçim olar..
Bağlı Qapılar Arxasında
Bağlı Qapılar ArxasındaB. A. Paris · Teas Press Neşriyyatı · 2018454 okunma
·
32 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.